Modern.az

Aİ-dən üçtərəfli sənədlə bağlı bəyanat

Aİ-dən üçtərəfli sənədlə bağlı bəyanat

Aktual

10 Noyabr 2021, 23:05

 

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Azərbaycan, Ermənistan və Rusiya arasında Üçtərəfli Bəyanatın imzalanmasının birinci il dönümü ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat yayılıb.

 

Bəyanatda bildirilir ki, Avropa İttifaqı bu döyüşlər zamanı insan tələfatına görə təəssüflənir, həlak olanların və yaralananların ailələrinə başsağlığı verir..

 

Aİ rəsmisi qeyd edib ki, firavan Cənubi Qafqazın təşviqinə sadiqdir və sülhün qurulmasına və münaqişədən sonrakı reabilitasiyaya töhfə verməkdə fəal iştirak edir.

 

"Bu, saxlanılanların azad edilməsində və mina xəritələrinin təhvil verilməsində mühüm rol oynayıb. Aİ, həmçinin, münaqişədən zərər çəkmiş insanlara, minaların təmizlənməsi və erkən bərpa işlərinə 17 milyon avrodan çox humanitar yardımla dəstək verib. Aİ tərəflərin ehtiyac duyduğu texniki yardım göstərməklə sərhədlərin delimitasiya və demarkasiyasını dəstəkləməyə hazırdır və Cənubi Qafqazda əlaqələri və iqtisadi əməkdaşlığı təşviq edir".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?