Modern.az

Məşhur aktyor koronavirusdan öldü

Məşhur aktyor koronavirusdan öldü

Aktual

20 Noyabr 2021, 14:12

Rusiyanın Xalq artisti Valeri Qarkalin vəfat edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, 67 yaşlı aktyor bu gün dünyasını dəyişib.

 

Qeyd edək ki, koronavirusa yoluxan aktyor oktyabrın 2-də xəstəxanaya yerləşdirilmişdi.

 

Xatırladaq ki, Valeri Borisoviç Qarkalin 11 aprel 1954-cü ildə anadan olub. 1989-cu ildən etibarən filmlərdə rol almağa başlayan aktyor daha çox "Şırlı-mırlı" filmi ilə tanınıb.

 

Mərhum aktyor həmçinin Vaqif Mustafayevin çəkdiyi "Yoxlama" filmində Rok Məmmədov rolunu ifa edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...