Modern.az

ƏDV-dən büdcə daxilolmaları

ƏDV-dən büdcə daxilolmaları

Aktual

20 Noyabr 2021, 15:05

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 17 milyard 948,6 milyon manat, xərcləri isə 17 milyard 712,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, daxilolmaların 21,65 faizi əlavə dəyər vergisi, 12,72 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,52 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,82 faizi fiziki şəxslərin gəlir vergisi, 4,43 faizi aksizlər, 1,21 faizi sadələşdirilmiş vergi, 1,99 faizi vergilərin digər növləri, 47,66 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?