Modern.az

Pensiyaçıya "kömək edib" kartını OĞURLADI

Pensiyaçıya

Aktual

4 Fevral 2022, 11:32

Qubada pensiya kartını oğurlayaraq içərisindəki pulu talayan şəxs saxlanılıb.
 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayonunun Rustov kənd sakini N.Veyisov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra pensiya kartının oğurlandığını bildirib.

 

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində plastik kartı oğurlayan şəxsin rayon sakini Cavid Ağarzayev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, ötən ilin noyabrında C.Ağarzayev zərərçəkmişin  təqaüdünü bankomatdan çəkməyə köməklik göstərib. Daha sonra isə həmin kartı özündə saxlayaraq növbəti ay yüklənən təqaüdü özü götürüb. 

 

Hazırda C.Ağarzayevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır. Həmin şəxsin  əməllərinə görə zərər çəkən şəxslərdən  DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng vuraraq məlumat vermələri  və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı