Modern.az

Ermənistan müxalifəti prezident seçkilərini boykot etdi

Ermənistan müxalifəti prezident seçkilərini boykot etdi

Aktual

4 Fevral 2022, 13:41

Ermənistan parlamentindəki “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları prezident postuna namizəd irəli sürməyəcək.

Modern.az xəbər verir ki, müxalifətin prezident seçkilərində iştirak etməyəcəyi barədə məlumatı “Hayastan” bloku öz Facebook səhifəsində yayıb.

“Biz namizədin irəli sürülməsinin məqsədəuyğunluğu məsələsini müzakirə etdik, lakin indiki şəraitdə bu seçkilərin qanuniləşdirilməsində, hətta dolayı yolla da olsa, iştirak qəbuledilməz və yanlış hesab olunur.

Buna əsaslanaraq parlamentin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları heç bir şəkildə prezident seçkilərində iştirak etməmək qərarına gəliblər”, - blokun bəyanatında deyilir.

Ermənistanda növbdənkənar prezident seçkisi martda keçiriləcək. Seçkidə hakimiyyətdəki "Mülki müqavilə" partiyasının namizədi hazırkı yüksək texnologiyalar naziri Vahan Xaçatryan olacaq. Onun parlamentdə keçiriləcək səsvermənin ikinci turunda qalib gələcəyi şübhə doğurmur.

Ölkə prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı