Modern.az

Bakıda məktəb binasının damı UÇDU

Bakıda məktəb binasının damı UÇDU

Aktual

4 Fevral 2022, 16:40

Bakıda məktəb binasının damının şiferləri qopub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

 

Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!