Modern.az

Dünyanın ən böyük qara almazı satışa çıxarıldı

Dünyanın ən böyük qara almazı satışa çıxarıldı

Aktual

5 Fevral 2022, 08:18

Böyük Britaniyanın Sotebi hərrac evində dünyanın ən böyük qara almazı hərraca çıxarılıb.

 

Modern.az xəbər verir ki, Londonda sərgilənən “Enigma” adlı 555,55 karatlıq qara almaz fevralın 3-9-da onlayn satışda olacaq.

 

İçərisində qiymətli daşlar olan asteroidin 2,6-3,8 milyard il əvvəl yerə düşməsi nəticəsində əmələ gəldiyi bildirilən qara almaz fevralın 10-da yeni sahibini tapacaq.

 

Qeyd edək ki, 1990-cı illərdə hazırkı sahibi tərəfindən satın alınarkən xam halında çəkisi 800 karat olan “Enigma” 3 illik emaldan sonra yeni forma alıb. Xurma şəklində kəsilmiş “Enigma”nın təxminən 3-5 milyon funt sterlinqə alıcı tapacağı gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı