ABŞ-ın Mayo Klinikasının mütəxəssisləri insanın qaraciyərində problem olub-olmadığını müəyyən etmək üçün yeni üsul tapıblar.
Modern.az-ın məlumatına görə, bu barədə "Medik Forum" portalı yazıb.
Mütəxəssislərin sözlərinə görə, bunu müəyyən etmək ovucların rənginə baxaraq mümkündür.
Həkimlər bildiriblər ki, bəzi hallarda xəstənin qaraciyərində problemlər olduqda, ovuclarda, çox vaxt onların aşağı hissəsində, baş barmağın altında qırmızı ləkələr görünə bilər. Belə yerə basdıqda qızartı bir müddət yox olur, sonra yenidən görünür.
Həkimlər "həyəcan siqnalı" yarananda təcili olaraq həkimə müraciət etməyə tövsiyə edirlər, çünki bu, qaraciyərin vəziyyətində əhəmiyyətli pisləşmənin işarəsi ola bilər.