Modern.az

Sumqayıtda maşın, Ağdamda isə mağaza YANDI

Sumqayıtda maşın, Ağdamda isə mağaza YANDI

Aktual

5 Fevral 2022, 09:24

Sumqayıt şəhərinin Corat qəsəbəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yaxınlıqdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Ağdam rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli ərzaq mağazasının tavanı 40 m² sahədə, içərisində 3 ədəd soyuducu və 3 m² sahəyə yığılan mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!