Modern.az

Pekin olimpiadasında daha 45 nəfər virusa yoluxdu

Pekin olimpiadasında daha 45 nəfər virusa yoluxdu

Aktual

5 Fevral 2022, 09:42

Çinin paytaxtı Pekində keçirilən XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsinin rəsmi saytında məlumat yer alıb.

 

Bildirilib ki, daha 45 nəfərin testi pozitiv çıxıb. Onlardan 25-i idmançılar və digər rəsmi şəxslərdir.

 

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq.

 

Olimpiadaya fevralın 20-də yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...