Modern.az

8 mindən çox erməni koronavirusdan ölüb

8 mindən çox erməni koronavirusdan ölüb

Aktual

5 Fevral 2022, 11:05

Ermənistanda son sutka ərzində daha 4032 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Ermənistanda virusa yoluxanların sayı 387 490-a, ölənlərin sayı isə 6 nəfər artaraq 8081-ə çatıb.

 

Məlumata görə, COVID-19 diaqnozu qoyulmuş, lakin digər səbəblərdən ölənlərin sayı 1552 nəfərdir. İndiyədək 348 356 pasiyent sağalıb. 

 

Hazırda Ermənistanda 29 501 aktiv koronavirus xəstəsi var.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!