Modern.az

Yeni radio üçün 6 iddiaçı müraciət edib - SİYAHI

Yeni radio üçün 6 iddiaçı müraciət edib - SİYAHI

Aktual

17 Fevral 2022, 19:04

Milli Televiziya və Radio Şurasının (MTRŞ) ümumrespublika radio kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

 

MTRŞ-dan Modern.az-a verilən məlumata görə, 17 fevral 2022-ci il tarixdə ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107.0 MHs işçi tezliyi) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

 

Müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib:

 

"Xəzər TV" MMC (radio kanalın adı: Xəzər Xəbər Radio);

 

"Real Təhlil İnformasiya Mərkəzi" MMC (radio kanalın adı: Real FM);

 

"İNS ÇM" MMC; (radio kanalın adı: İNS ÇM Radio);

 

"İsti Press" MMC (radio kanalın adı: İsti Press Radio);

 

"ProMediaGroup" MMC (radio kanalın adı: Sport Radio);

 

"Balans Studiyası" MMC (radio kanalın adı: Balans Studiyası).

 

Şura müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində (19 mart 2022-ci ilədək) iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı