Modern.az

Yolu bağlayan Cəfərovun evinə “qara maskalılar” girib? - RƏSMİ

Yolu bağlayan Cəfərovun evinə “qara maskalılar” girib? - RƏSMİ

Aktual

17 Fevral 2022, 22:25

Daxili İşlər Nazirliyi (DİN) "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə maskalı şəxslərin basqın etməsi barədə iddialara aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu iddiaların əsassız olduğunu bildirib.

 

Onun sözlərinə görə, R.Cəfərovun evinə və ofisinə naməlum şəxslərin girməsi barədə məlumat reallığı əks etdirmir.

 

Bundan əlavə, qeyd olunub ki, bu gün Bakıda yolu bağlayaraq tıxaca səbəb olmuş R.Cəfərov saxlanılıb, hazırda faktla əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, hüquq müdafiəçisi Rüfət Səfərov "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərovun evinə “qara maskalılar”ın girdiyini iddia edib.  

 

Xatırladaq ki, bu gün səhər saatlarında bir neçə TIR sürücüsü paytaxtın Heydər Əliyev prospektində yolu etiraz məqsədilə bağlayıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

 

Həmçinin oxuyun:

Rüfət Səfərovun döyülməsi iddiasına DİN-dən REAKSİYA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı