Modern.az

Nazir “Qarabağ” futbolçuları ilə görüşdü

Nazir “Qarabağ” futbolçuları ilə görüşdü

Aktual

17 Fevral 2022, 22:33

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Qarabağ” klubunun futbolçuları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, səfir "Olimpik" Marsellə oyun öncəsi "Qarabağ" komandasına uğurlar arzulayıb.

 

"Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - diplomat bildirib.

 

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

 

Qeyd edək ki, bu gün “Velodrom”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə fevralın 24-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı