Ötən gecə UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Modern.az xəbər verir ki, pley-off mərhələsində 8 qarşılaşma olub.
Azərbaycanı təmsil edən "Qarabağ" klubu Fransada "Marsel"ə məğlub olub - 1:3. Türkiyə "Fənərbaxça" klubu isə Çexiyada yerli "Slaviya" (Praqa) ilə görüşdən əliboş qayıdıb - 2:3.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
İlk oyunlar
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0
"Fənərbaxça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:3
"Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan) - 1:0
"Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) - 2:1
"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan) - 3:1
"Lester" (İngiltərə) - "Randers" (Danimarka) - 4:1
"Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:3
"Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya) - 0:1
Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.