Fövqəladə Hallar Nazirliyi (FHN) Ələt-Astara magistralında baş verən qəza ilə bağlı məlumat yayıb.
Modern.az nazirliyə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Salyan rayonunda (Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyi) “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib.
Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçə hissəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes Sprinter” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.