Modern.az

Karantini pozan kafe sahibi tutuldu

Karantini pozan kafe sahibi tutuldu

Aktual

18 Fevral 2022, 10:00

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayonun Kətəlparaq kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə yarısından sonra fəaliyyət göstərən kafe aşkarlayıblar.


Kafenin sahibi Müşfiq Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə portokol tərtib edilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!