Fotonun müəllifi: Naama Frank Azriel
İsrailin ən böyük tibb müəssisəsi olan Şeba Tibb Mərkəzi, ABŞ-dan kənarda “Omicron” və digər əlaqəli xəstəliklərlə mübarizədə COVID-19 vaksinini araşdırmaq üçün kliniki testlərin sınaqlarına başlayır.
Modern.az xəbər verir ki, Pfizer tərəfindən maliyyələşdirilən və Şeba ilə birgə əməkdaşlıq nəticəsində inkişaf etdirilən bu araşdırma insanlar üzərində sınaqların aparılmasına nəzarət edən tibb üzrə dövlət qurumları, İsrail səhiyyə nazirliyi və Helsinki Komitəsi tərəfindən təsdiq edilib.
Pfizer-BioNTech COVID-19 vaksinin yüksək dozasının (60 μg), şirkətin “Omicron” əsaslı araşdırma xarakterli vaksinin (60 μg) və hər iki vaksinin qarışığının ( hər biri üçün 30 μg və 15 μg ) 60 yaş və ondan yuxarı şəxslər üçün təhlükəsizliyi, dözümlülüyü və İmmunogenliyini müəyyənləşdirəcək.
Araşdırmada təxminən 200 nəfər iştirak edəcək. İştirakçıların hamısı 3-cü doza vaksini ən azı 4 ay əvvəl qəbul etmiş şəxslər olacaq. İştirakçılar hazırda Şebada həyata keçirilən vaksin kampaniyası zamanı 6000 tibbi heyəti özündə cəmləşdirən geniş miqyaslı seroloji araşdırmanın bir hissəsi olacaqlar.
Bu barədə açıqlama verən Şeba Tibb Mərkəzinin İnfeksiyanın qarşısının alınması və Nəzarətinə dair direktoru Professor Gili Regev-Yoçay bildirib ki, sınaqlar dünyanın mövcud infeksiyalarla mübarizə apardığı bu dövr və gələcək üçün olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, vaksin olunmaq ümumdünya koronavirus pandemiyasının qarşısını alınmasının yeganə yoludur.
Qeyd edək ki, 1948-ci ildə yaradılmış Şeba Tibb Mərkəzi hazırda Yaxın Şərqin aparıcı tibb mərkəzi və beynəlxalq səviyyədə tanınan səhiyyə müəssisəsidir. 2019-cu ildə “Newsweek” jurnalı Şebanın adını nüfuzlu xəstəxanaların ilk onluğuna daxil edib. O vaxtdan bəri, Şeba bütün sonrakı illərdə onluqdakı yerini qoruyub saxlayır. 200 hektarlıq kampusda yerləşən Şeba geniş tibbi bölmələr və ixtisaslar təklif edir. Yüksək ixtisaslı həkimlərimiz hər yerdə xəstələrə kliniki qayğı göstərmək üçün bir çox innovativ müalicə və qabaqcıl tədqiqat proqramlarında iştirak edirlər. Şeba həm də üçüncü dərəcəli qayğı mərkəzi kimi fəaliyyət göstərir və bütün regiondan və dünyadan ciddi xəstələrin müraciətlərini qəbul edir.
159 tibb şöbəsi və klinika, 2000 çarpayı və 75 laboratoriya malik Şeba Təl-Əviv yaxınlığında, Tel HaShomerdə 200 hektarlıq kampusda yerləşir.