Muzdurlar kəndindən Vətən müharibəsi şəhidimiz mayor Məmmədov Əlövsət Əli oğlu “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.
Modern.az xəbər verir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, Muzdurlar kəndindən Vətən müharibəsi şəhidimiz mayor Məmmədov Əlövsət Əli oğlu “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və bir qrup ictimai fəallarla birgə, Muzdurlar kəndində şəhidimizin ailəsini ziyarət edərək medalı ailə üzvlərinə təqdim edib.