Modern.az

Vilayət Eyvazovdan Mirqafarov Seyidovun yerinə TƏYİNAT

Vilayət Eyvazovdan Mirqafarov Seyidovun yerinə TƏYİNAT

Aktual

18 Fevral 2022, 11:42

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov təqaüdə göndərilən general Mirqafar Seyidovun yerinə təyinat həyata keçirib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

 

Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.

 

Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər