Modern.az

Türkiyə səfirindən Şuşaya “Şuşi” deyən erməniyə ETİRAZ 

Türkiyə səfirindən Şuşaya “Şuşi” deyən erməniyə ETİRAZ 

Aktual

18 Fevral 2022, 12:18

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistanın “ZartonkMedia” media qurumunun nümayəndəsinə etiraz edib.

 

Modern.az xəbər verir ki, media şirkətinin Jora adlı maliyyə konsultantı tviter hesabındakı paylaşımında “Şuşi qətnaməsi” sözündən istifadə edib.

 

Səfir Yazqan “Şuşi” sözünə görə ona kəskin etirazını bildirib.

 

“ŞUŞA bəyannaməsi. Ermənilər şəhəri “Şuşi” adlandırırlar, lakin bəyannamənin rəsmi adı Şuşa bəyannaməsidir. Buna görə də istənilən istinad bu adla edilməlidir. Necə ki, İstanbul Konvensiyası Konstantinopol konvensiyası adlandırıla bilməz”,- deyə diplomat açıqlamasında qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı