Rusiya şəhərlərində şəkər tozu və qənd dayanmadan bahalaşır.
Primorye vilayətinin pərakəndə satış şəbəkələrində qəndin kiloqramı 79 rubldan 92 rubla yüksəlib.
Modern.az xəbər verir ki, bunu bölgənin sənaye və ticarət naziri Sergey Kalitin bildirib.
“Şəkərin qiyməti birjada müəyyən edilmiş qiymətə uyğun olaraq təyin olunur. Bu həftə biz onun satışda təxminən 90-92 rubl olacağını planlaşdırırıq”, - deyə Kalitinin Primorye hökumətinin Telegram kanalında yerləşdirdiyi videoda bildirib.