Modern.az

Kadırovun döyüşçüləri Ukraynadan ÇIXIR

Kadırovun döyüşçüləri Ukraynadan ÇIXIR

Aktual

21 Mart 2022, 13:01

Rusiya Prezidenti Vladimir Putinin ən etibarlı adamlarından biri olan Çeçenistan lideri Ramazan Kadırovun Ukraynaya göndərdiyi silahlı dəstənin döyüşdən qaçdığı iddia olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

"Çeçen döyüşçülər böyük itki verdikdən sonra ölkələrinə qayıdıb. Kadırovçu kimi tanınan qoşunlar Çeçenistanın paytaxtı Qroznıya geri dönüb", - məlumatda deyilir.

 

Qeyd edilib ki, Çeçenistan Rosqvardiyasının 141-ci moto alayının komandiri, general Maqomed Tuşayevin Ukrayna hərbçiləri tərəfindən öldürülməsindən sonra döyüşdən çəkilmək qərarı verilib. Ukrayna tərəfinin yaydığı məlumat barədə hələlik Rusiya tərəfi və Çeçenistan lideri hər hansı açıqlama yaymayıb. 

 

Xatırladaq ki, Ramzan Kadırov çıxışlarında Ukrayna rəhbərliyini hədələyərək, Kiyevə qədər irəlilədiklərini bildirirdi. Hətta onun Ukraynada olması barədə xəbərlər yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı