Modern.az

Füzulidə 15-dən çox evi su basdı

Füzulidə 15-dən çox evi su basdı

Aktual

21 Mart 2022, 15:10

Mart ayının 20-i səhər saatlarından başlayaraq fasiləsiz yağan güclü yağışlar nəticəsində Füzuli rayonun Aşağı Yağlıvənd kəndində 15-dən çox evə yağış suları dolub. 

Modern.az xəbər ki, bu gün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Fövqaladə Hallar şöbəsinin rəisi, rayon prokuroru, Polis Şöbəsinin rəisi və melorasiya xidmətinin rəhərbəri Aşağı Yağlıvənd kəbdində olublar.

Hadisə yerində rayon rəhbərliyi  kənd sakinlərini dinləyib və aidiyyatı qrumlara müvafiq tapşırıqlar verilib. Evlərə dolmuş yağış suları FHN xüsusi texnikaları ilə təmizlənib, Melorasiyanın xidməti texnikalarının köməyi ilə məhəllə suları arxlara yönləndirilib.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!