Modern.az

İranda daha 52 nəfər koronavirusdan ölüb

İranda daha 52 nəfər koronavirusdan ölüb

Aktual

21 Mart 2022, 16:42

İranda ötən sutka ərzində 1256 nəfər koronavirusa (COVID-19) yoluxub, 52 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bildirib.Bununla da İranda virusdan ölənlərin sayı 139 662 nəfərə, yoluxanların sayı isə 7 141 289 nəfərə çatıb. Virus daşıyıcılarından 1936 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 6 828 714 nəfər koronavirusdan sağalıb, 48,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 146 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,7 milyon təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı