Modern.az

Milli Qəhrəmanın xanımının təqaüdü bərpa olunacaq

Milli Qəhrəmanın xanımının təqaüdü bərpa olunacaq

Aktual

22 Aprel 2022, 17:12

Bir müddət əvvəl Milli Qəhrəman Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya təqaüd ödənişinin bərpa olunması üçün DSMF tərəfindən hüquqi dəstəyin göstərilməsi barədə məlumat yayılmışdı.

 

Modern.az-ın xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib ki, təqaüd şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığından dayandırılmışdı:

 

"Təqaüdü bundan sonra da ala bilməsi üçün Mətanət Şahvələdovaya Kəpəz rayon məhkəməsinə müraciət etməsi üçün hüquqi yardım, həmçinin müvafiq sənədlərin toplanaraq (nikahda olma faktının tanınması) elektron qaydada məhkəməyə verilməsi üçün DSMF tərəfindən köməklik göstərilib.

 

Kəpəz Rayon Məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2010-cu il tarixli qərarını əsas götürərək ərizəni icraata qəbul etməkdən imtina edib və müvafiq qərardad qəbul edib. Lakin həmin Qərardad 4 aprel 2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və ərizə icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Kəpəz Rayon Məhkəməsinə qaytarılıb. Yaxın günlərdə Kəpəz Rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılması gözlənilir".

 

"Əminik və DSMF olaraq istəyimiz də budur ki, şəhidimizin həyat yoldaşına təqaüd ödənişinin bərpa olunması məsələsi məhkəmə qərarı ilə müsbət həllini tapsın", - deyə R.Mehdili qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı