Kiberhücumların qarşısını almaq üçün tədbirlər planı hazırlanır.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Kibertəhlüəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində AKTA-nın sədri Rahid Ələkbərli deyib.
O bildirib ki, xüsusilə son illərdə dövlətimizin başçısı tərəfindən yüksək texnologiyalar və rəqəmsallaşma sahəsində idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə önəmli addımlar atılıb:
"Görülən işlər kibertəhlükəsizliyin Azərbaycan üçün son dərəcə önəmli məsələlər sırasında olduğunu, bu istiqamətdə həyata keçirilən mühüm işlərlə yanaşı, gələcəkdə də bu sahələrin inkişafına böyük önəm veriləcəyini bir daha təsdiqləyib".