Modern.az

Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Aktual

23 Aprel 2022, 13:50

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində güclü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul Rüstəm Rüstəmov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, R.Rüstəmovdan şəxsi axtarış zamanı heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib və oradan külli miqdarda, satış məqsədilə bükümlər şəklində qablaşdırdığı narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs barəsində polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rüstəm Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Göyçayda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı