Modern.az

Müsəlman məhkum Kanadanı məhkəməyə verdi: 35 milyon təzminat...

Müsəlman məhkum Kanadanı məhkəməyə verdi: 35 milyon təzminat...

Aktual

24 Aprel 2022, 09:00

ABŞ-ın Quantanamo həbsxanasında 14 il həbsdə olan Mohamedou Ould Slahi Kanada hökumətinə qarşı 35 milyon dollarlıq təzminat iddiası qaldırıb.

 

Modern.az-ın Kanada mediasına istinadən verdiyi xəbərə görə, Slahi Kanada Federal Məhkəməsinə qarşı açdığı iddiada günahsız olaraq 14 il həbsdə yatdığını və Quantanamoda işgəncələrə məruz qaldığını bildirib.

 

Mohamadou Slahi buna səbəb kimi Kanada rəsmilərinin onun haqqında yanlış məlumata və kəşfiyyat bilgilərinə sahib olmasını göstərib.

 

Mavritaniya vətəndaşı Slahi həbsxanada ona mənəvi və cinsi təcavüz edildiyini vurğulayaraq, Kanada dövlətinin təzminat ödəməli olduğunu bildirib. 51 yaşlı Slahi iddia edib ki, Kanadanın hüquq-mühafizə orqanları istintaq zamanı ona işgəncə verərək, etmədiyi cinayəti zorla boynuna qoyublar.

 

Slahi bir məsciddə ard-arda iki dəfə namaz qıldığı üçün terrorçuluqda suçlandığını söyləyib.

 

Qeyd edək ki, Kanada hökuməti bundan əvvəl başqa bir müsəlman məhkumun qaldırdığı iddianın sübuta yetirilməsi ilə qarşı tərəfə 10,5 milyon dollar təzminat ödəməyə məcbur edilmişdi.

 

Turan 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı