Rusiyanın “IrAero” aviaşirkəti mayın 20-dən Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar yerinə yetirməyə başlayacaq.
Modern.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə Novosibirskdən saat 13:00-da yola düşəcək, Bakıya 4 saat 20 dəqiqədən sonra 14:20-də çatacaq. Heydər Əliyev Hava Limanından üçüş isə həmin gün saat 15:20-də, Tolmaçevo Hava Limanına eniş saat 22:20-də olacaq. Səyahət vaxtı ümumilikdə 4 saat çəkəcək.
Bir tərəfə biletin qiyməti 27 685 rubldan (408 ABŞ dollardan) başlayır.
Qeyd edək ki, hazırda “İrAero” Azərbaycan, Ermənistan, İsrail və Özbəkistana beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.