Modern.az

Prezident və baş nazir Finlandiyanın NATO-ya üzv olmasına “hə” dedi

Prezident və baş nazir Finlandiyanın NATO-ya üzv olmasına “hə” dedi

Aktual

12 May 2022, 15:18

Finlandiya dərhal NATO-ya üzv olmaq üçün müraciət etməlidir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Sauli Niinistö və Baş nazir Sanna Marin birgə bəyanatda bildiriblər.

“Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət etməlidir. Ümid edirik ki, bu qərara çatmaq üçün hələ də lazım olan milli addımlar yaxın bir neçə gün ərzində sürətlə atılacaq”, - bəyanatda deyilir.

 

Bəyanatda o da qeyd edilir ki, NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda alyansın üzvü olmaqla Finlandiya da onu gücləndirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı