Modern.az

İki boksçumuz finala yüksəldi

İki boksçumuz finala yüksəldi

Aktual

23 May 2022, 18:00

Azərbaycanın 4 yeniyetmə boksçusu Özbəkistanın Fərqanə şəhərində İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal görüşünə çıxıb.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 50 kq-da Tağı Nəsibov özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən idmançı finala yüksəlib.

 

Onun uğurunu 54 kq-da Məhəmmədəli Aşurəliyev təkrarlayıb. Özbəkistan təmsilçisi Murodulla Sunatullayevdən güclü olan milli üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

 

Yığmanın digər boksçuları - 57 kq-da yarışan Məhəmmədəli Qasımzadə və 66 kq çəki dərəcəsindəki Ziya Həsənov isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

 

Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...