Avqustun 3-də saat 17 radələrində Lerik rayonunun Günəşli kəndi ərazisində Lənkəran rayon sakini Ruslan Kərimov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini yolun kənarındakı beton maneəyə vurub.
DİN-dən Modern.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Lerik RPŞ-də araşdırma aparılır.