Modern.az

Rusiyada gündəlik yoluxma 17 mini keçdi

Rusiyada gündəlik yoluxma 17 mini keçdi

Aktual

4 Avqust 2022, 12:48

Rusiyada son sutka ərzində 17 126 nəfər koronavirusa yoluxub. Bu, aprelin 2-dən bu yana qeydə alınan ən yüksək göstərici olub.

 

Modern.az-ın məlumatına görə, ötən gün 14 638 yoluxma qeydə alınmışdı.

 

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 18,65 milyon nəfəri keçib. Eyni zamanda son sutkada 44 nəfər koronavirusun qurbanı olub. Əvvəlki gün bu göstərici 43 nəfər idi.

 

Rusiyada indiyədək koronavirusdan 382 604 nəfər vəfat edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı