Modern.az

Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI

Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI

Aktual

4 Avqust 2022, 15:54

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“İclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, - deyə Peskov məlumat verib.

 

Bundan əlavə, iclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 5-nə planlaşdırılan Rusiya səfəri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı