Modern.az

38 general və 2 komandan təqaüdə göndərildi

38 general və 2 komandan təqaüdə göndərildi

Aktual

4 Avqust 2022, 16:26

Türkiyə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin komandanları təqaüdə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

 

Onun sözlərinə görə, Atilla Gülhan Hərbi Hava Qüvvələrinin, Ercüment Tatlıoğlu isə Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin olunublar.

 

İ.Kalın onu da qeyd edib ki, 16 general və admiral daha üst rütbəyə yüksəldilib. 40 general və admiralın səlahiyyət müddəti bir il uzadılıb, bundan əlavə, 38 general və admiral təqaüdə çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı