Modern.az

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda

Aktual

22 Avqust 2022, 08:47

Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər.

 

Modern.az xəbər verir ki, iki turdan sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva maksimum xalla liderlər qrupunda qərarlaşıblar.

 

Gülnar Məmmədova, Ləman Hacıyeva 1,5, Gövhər Beydullayeva 1, Xanım Balacayeva, Səbinə İbrahimova 0,5 xal toplayıblar.

 

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı