Modern.az

İmran Xana terror ittihamı ilə cinayət işi açılıb

İmran Xana terror ittihamı ilə cinayət işi açılıb

Aktual

22 Avqust 2022, 13:29

Pakistanın keçmiş Baş naziri İmran Xanı ölkə polisi terrorizmdə ittiham edir.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

 

Sabiq Baş nazirə qarşı Terrorla Mübarizə Qanununun 7-ci maddəsinə uyğun cinayət işi açılıb.

 

İmran Xan isə polis və ədliyyə orqanlarını onun köməkçisini hakimiyyətə qarşı iğtişaş ittihamı  ilə həbs edilməsinə etirazını bildirərək, ona işgəncə verildiyini deyib. 

 

Qeyd edək ki, İmran Xanının tərəfdarları onun həbs olunacağı təqdirdə paytaxtı ələ keçirəcəklərini bəyan ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı