Modern.az

Türkmənistan səfiri Şuşaya gedib

Türkmənistan səfiri Şuşaya gedib

Aktual

22 Avqust 2022, 14:25

Türkmənistanın Azərbaycana yeni təyin olunan səfiri Qurbanməmmet Elyasov Şuşaya səfər edib.
 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tviter hesabında paylaşım edib. 


"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib",- o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər