Cari ilin yeddi ayı ərzində Türkiyəni 23 milyon 30 min 209 xarici turist ziyarət edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 128,28 faiz çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ziyarətçilərin böyük əksəriyyəti iyul ayında ölkəyə gəlib: "Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 52,84 faiz artaraq 6 milyon 665 min 129 nəfər təşkil edib".
Məlumata görə, Türkiyəyə ən çox ziyarətçi Almaniya, Rusiya və İngiltərədən gəlib. Belə ki, bu ilin yanvar-iyul ayları ərzində Almaniyadan 2 milyon 992 min 551, Rusiyadan 2 milyon 197 min 331, İngiltərədən isə 1 milyon 810 min 248 turist Türkiyəyə gəlib.
Hər üç ölkədən Türkiyəyə gələnlərin sayında ötən il ilə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunur.