Modern.az

Əli Əsədov qırğız həmkarına başsağlığı verdi

Əli Əsədov qırğız həmkarına başsağlığı verdi

Aktual

22 Avqust 2022, 15:58

Baş nazir Əli Əsədov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu göndərib.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, Baş nazir məktubda Rusiyanın Ulyanovsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Qırğız Respublikası vətəndaşlarının ölməsi və yaralanmasına görə dərindən sarsıldığını bildirib.

 

Əli Əsədov həyatını itirənlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar