Modern.az

Birliyin 27 əməkdaşı mükafatlandırıldı

Birliyin 27 əməkdaşı mükafatlandırıldı

Aktual

7 Sentyabr 2022, 17:04

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun Zaqatala Regional Qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan bir qrup Birlik əməkdaşı ilə görüş keçirib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, Baş direktor xidmətdə yüksək nəticələr əldə edən əməkdaşların həvəsləndirilməsinin, fəaliyyətlərinin stimullaşdırılmasının, vəzifədə irəli çəkilməsinin hər zaman SOCAR rəhbərliyinin diqqətində olduğunu qeyd edib.

 

Baş direktor nəzarətçi-çilingərlərin əmək fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq hər bir əməkdaşın qayğıları ilə maraqlanıb. Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 27 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Birlik əməkdaşları göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?