Modern.az

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

Aktual

7 Sentyabr 2022, 17:42

“Qarabağ” “Trabzonspor”dan ayrılan  Benqali-Fode Koyta ilə anlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

 

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

 

Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunub.

 

2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyuna 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı