Modern.az

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olundu

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olundu

Aktual

7 Sentyabr 2022, 18:54

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

 

23 yaşlı cüdoçu 10 - 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq.

 

Qeyd edək ki, Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı