Modern.az

Dünənki tıxacla bağlı rəsmi AÇIQLAMA 

Dünənki tıxacla bağlı rəsmi AÇIQLAMA 

Aktual

7 Sentyabr 2022, 21:26

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ötən gün yollarda qeydə alınan avtomobil sıxlığına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq yağışlı, çiskinli və dumalı hava şəraitində yollarda hərəkət sıxlığının yaranmasının təbii və başa düşülən olduğunu deyib.

 

“Bu cür hava şəraitində sürücülərdən "Yol hərəkəti haqqında" Qanunun 50-ci (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) maddəsinə uyğun olaraq sürət həddini aşağı salmağı, ara məsafəsini düzgün şəkildə gözləməyi, həmçinin, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün ayıq-sayıqlığı artırmaq tələb olunur” - deyə qurum rəsmisi əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı