Modern.az

Zaxarova Sobçakdan danışdı: “Riyakarlılqla mübarizə aparan adamın özü ikiüzlüymüş”

Zaxarova Sobçakdan danışdı: “Riyakarlılqla mübarizə aparan adamın özü ikiüzlüymüş”

Aktual

27 Oktyabr 2022, 12:52

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məşhur aparıcı və bloger  Kseniya Sobçak ətrafında yaranmış vəziyyəti şərh edib.

Modern.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, “riyakarlığa qarşı mübarizə aparan adamın bu qədər ikiüzlü olduğunu” gözləmirmiş.

“Düzünü desəm, mən ağlıma belə gətirə bilməzdim ki, ikiüzlülüklə mübarizə aparan adamın özü bu qədər ikiüzlüdür”, - Zaxarova Telegram kanalında yazıb.

Çərşənbə günü Moskvanın Tverskoy Məhkəməsi Sobçakın kommersiya direktoru Kirill Suxanovu "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezovdan hədə-qorxu ilə 11 milyon rubl tələb etdiyinə görə həbs edib.
RT kanalı isə Sobçakın özünün bu işdə şübhəli olduğunu bildirib.

Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib.

 

Məlumata görə, Sobçak Belarusdan Litvaya gedib.

 

Bildirilir ki, o, əməliyyatçıları aldatmaq üçün internet vasitəsilə ilk olaraq Dubaya, daha sonra isə Türkiyəyə bilet alıb.

 

Qeyd olunur ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o qaça bilib.


Rusiya KİV-ləri xəbər yayıblar ki, Kseniya Sobçak Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir.

 

Qeyd olunan maddə əsasında aparıcını 15 ilə qədər həbs gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı