Modern.az

Ermənistana dəhlizin konsepsiyası yaxşı məlumdur - Baş nazirin müavini 

Ermənistana dəhlizin konsepsiyası yaxşı məlumdur - Baş nazirin müavini 

Aktual

27 Oktyabr 2022, 13:12

Uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur, baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil, hətta sinonim deyillər.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

 

O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur:

 

“MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur.

 

O ki qaldı suverenliyin pozulması məsələsinə, xatırladıram ki, 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Ermənistan ərazisində yol hərəkətinə nəzarət Rusiya FTX-in sərhəd xidməti tərəfindən həyata keçirilir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış