Modern.az

Cinsi zorakılığa görə tutulanlar bu işlə məşğul ola bilməyəcək

Cinsi zorakılığa görə tutulanlar bu işlə məşğul ola bilməyəcək

Aktual

28 Oktyabr 2022, 16:04

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilir.

 

Modern.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə qeyd olunub.

 

Layihəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

 

Eyni zamanda, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.

 

Qeyd edək ki, analoji dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna təklif edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı