Modern.az

Seksual məqsədlə uşaqları təqib edənlər cəzalandırılacaq

Seksual məqsədlə uşaqları təqib edənlər cəzalandırılacaq

Aktual

28 Oktyabr 2022, 16:10

Seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsinə görə cinayət məsuliyyəti müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.

 

Layihəyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı