Modern.az

Sabiq deputata dələduzluq edən şəxsə qarşı 180 minlik İDDİA

Sabiq deputata dələduzluq edən şəxsə qarşı 180 minlik İDDİA

Aktual

28 Oktyabr 2022, 17:32

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Ali Məclisinin sabiq deputatı Nəsrulla Bayramovun külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Modern.az-ın məlumatlna görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Natavan Ələkbərova tərəfindən məhkəməyə 180 min manatlıq mülki iddia daxil olub. Mülki iddia icraata qəbul olunub.

 

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

 

İttihama görə, Elçin Bağırov özünü tikinti sahəsində geniş əlaqələrə malik olan şəxs kimi təqdim edərək Nəsrulla Bayramovun etibarından sui-istifadə etməklə onun 230 min manat pulunu ələ keçirib. Razılaşmaya əsasən, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay N. Bayramovla böləcəkmiş.

 

Cinayət işi üzrə daha 5 nəfər - Zaur Mirzəyev, Natəvan Əkbərova, Səbuhi Tağıyev, Rəşad Şirinov, Samir Daşdəmirov və Əkbər Sadıqov zərərçəkmiş qismində tanınıblar.

 

İstintaq orqanı tərəfindən E.Bağırov barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.


Təqsirləndirilən Elçin Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, mülki iddianı da qəbul etmədiyini deyib.

 

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı